USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

"Elmi Tədqiqat Mamalıq Ginekologiya institutunda hər zaman şəhid və qazilərin ailə üzvlərinə təmannasız xidmətlər göstərilib"


https://img.baki-baku.az/news/2022/01/photo_6064.jpg?v=MjAyMi0wMS0xNCAxNTozMzoxMw==

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru, fəal səhiyyə ictimaiyyətçisi Xəyalə Təhməzi sosial media hesablarında kifayət qədər həssas bir məsələdən - cəmiyyətin şəhid ailələrinə diqqətindən bəhs edib.

"Ümumiyyətlə çalışdığım Elmi Tədqiqat Mamalıq Ginekologiya institutunda  həmişə Vətən müharibəsi şəhidlərinin və qazilərimizin ailə üzvlərinə təmannasız tibbi xidmətlər göstərilmiş,  müayinə və müalicələr həyata keçirilmişdir" yazan Xəyalə Təhməzi Vətən müharibəsindən əvvəl, həm də sonrakı dövrdə şəhid ailələrinin, qazilərin daim dövlətin diqqətində olduğunu, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün zəruri olan bütün addımların atılmasının  dövlət siyasətinin əsas prioritetlırindən biri kimi qiymətləndirib: "Əlbəttə, bu addımlar  cəmiyyətə bir mesajdır. Cəmiyyətin ən müxtəlif sahələrində çalışan bizlər bu siyasətə dəstək olmağa borcluyuq.  Torpaqlarımız və qəhrəman döyüşçülərimizin ailələri, övladları  bizə şəhidlərimizin əbədi əmanətləridir. Şəhid olduqdan sonra onların ailələrinə,  həyata övlad gətirən xanımlarına, dünyaya göz açan övladlarına xidmət etmək məncə hər birimizin borcu, hər  bir həkimin isə ümdə vəzifəsidir. Biləsuvar rayon sakini, 26 yaşlı şəhidimiz Sarvan Mirzəyev,  Suqovuşanda şəhidliyə ucalan leytenant Ağamalıyev Şəhriyar  övladlarının üzünü görmədən dünyalarını dəyişdilər. Amma ölümlərindən sonra da  dünyamıza, cəmiyyətimizə  özləri kimi nur üzlü övladlar bəxş etdilər. İgid oğullarımızın övladlarının da layiqli vətəndaşlar olacağına əminəm. Necə deyərlər, ağac kökü üstündə bitər! Şəhidlərimizin ailələri ailəmiz, övladları, əmanətləri hər zaman başımızın tacı olacaq".

Olaylar.az




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Səhiyyə