USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda koronavirusla bağlı təcili yardıma müraciətlərin sayı azalıb


https://img.baki-baku.az/news/2022/01/photo_5994.jpg

“COVID-19-a gündəlik yoluxma sayı az olanda müraciətlər az olur”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bayram günlərindəki iş fəaliyyəti haqqında” mövzusunda çıxışında deyib. O bildirib ki, son günlər müraciətlərin sayı xeyli azalıb: “Ağırlaşmalar demək olar ki, qeydə alınmır. Çox az sayda hospitalizasiya olur. “Əvvəllər COVID-19-la bağlı çağırışlarda ağırlaşma hallarına çox rast gəlirdik, bu da evdə müalicə və ya xəstəliyin gizlədilməsi nəticəsində baş verirdi. Həmin şəxslər ən son məqamda təcili tibbi yardıma müraciət edirdilər. Belə şəxsləri boğulma halında xəstəxanaya çatdırırdıq. Son zamanlar isə koronavirsla bağlı öskürək, temperatur və əzələ ağrısı ilə bağlı müraciətlərə rast gəlinir”.

Həkim qeyd edib ki, bəzən kəskin respirator virus infeksiyası ilə bağlı müraciət olur: “Müraciətlərin artma səbəbi budur. Bəlkə də bu, müsbət haldır. Yəni, hər hansı insan hərarət, belə hallar müşahidə edirsə, müayinə olunmaq istəyir”.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Səhiyyə