USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Qarabağda böyük həvəslə xidmət göstərəcəyimiz günü gözləyirik"


https://img.baki-baku.az/news/2022/01/photo_5983.jpg

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru, fəal səhiyyə ictimaiyyətçisi  Xəyalə Təhməzi sosial media hesablarında işğaldan azad olunan Qarabağ ərazisində səhiyyə strukturunun, tibbi xidmətin qurulmasına dair fikirlərini bölüşüb.

X.Təhməzi bildirib ki, bu gün  dövlətimiz üçün ən aktual məsələ təqribən 30 ilə yaxın bir zamandaan sonra işğaldan azad olunan, mənfur düşmənin dağıtdığı, viran qoyduğu ərazilərdə,  rayonlarda yeni  infrastrukturun qurulması, yeni iş yerlərinin açılması, müasir yaşayış komplekslərinin tikintisi, öz doğma torpağına, kəndinə, şəhərinə dönəcək insanlara ən yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə şəraitin yaradılmasıdır. Qarabağın abadlaşması və yerli sakinlərin öz doğma torpaqlarına qayıtması tək dövlətin və məcburi köçkünlərin deyil, bütün ölkə ictimaiyyətinin diqqətindədir.  Əlbəttə, aparılan danışıqlar, həyata keçirilən layihələrdən aydın göründüyü kimi   bu məsələlər dövlət başçısı üçün əsas prioritetdir. Təbii ki, bu belə də olacaq. "Kitab-i Dədə Qorqud"da deyildiyi kimi "Torpağı qorumasan, əkib-becərməyə dəyməz,  əkib-becərməyəcəksən  qorumağa dəyməz". Təqribən XVI yüzillikdə deyilmiş bu ifadə bütün dövrlərdə olduğu kimi, bu gün də aktuallığını saxlamaqdadır. 27-28 ildir ki, xalqımız tarixi torpaqlarımızın işğaldan azad olunmasını həsrətlə gözləyir. Artıq 1 milyona yaxın məcburi köçkünlərin torpaq həsrətinə son qoyuldu. Əsas məsələ əzəli torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsi idi. Şükr ki, bu gün quruculuq işləri ilə bağlı yeniliklərin şahidiyik. Bu baxımdan Qarabağda sürətli dəyişiklikləri diqqətlə izləyir və biz həkimlər zamanı çatanda böyük məhəbbətlə, həvəslə xidmət göstərməyi gözləyirik. Təbii ki, dövlət və qeyri-dövlət strukturlarının, kənd təsərrüfatının, səhiyyə strukturunun qurulması, müxtəlif sahələrin, eyni zamanda müasir xəstəxanaların tikilməsi, avadanlıqlarla təchiz olunması, yüksək ixtisaslı mütəxəssislərlə təchiz olunmuş klinikaların yaradılması, həsrətlə gözləyən yerli sakinlərin köçürülməsi qarşıda duran ən vacib məsələlərdəndir.  Tibbi infrastrukturun yaradılmasında bir həkim olaraq hər birimiz maraqlıyıq  və xüsusilə reproduktiv sağlamlığı təmin edəcək doğum evlərinin, qadın məsləhətxanalarının, ailə-sağlamlıq mərkəzlərinin qurulması ilə bağlı nəticələri  səbrsizliklə gözləyirik. Bu işlərin həyata keçirilməsinin ən vacib tərəfi  əhalinin artımına nail olmaq,  doğma torpaqlarında doğulan yeni nəsil övladların sağlamlığını təmin etməkdir.  Bu baxımdan reproduktiv sağlamlığın təmin olunması, qorunması mütləqdir. “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində kompleks nəzərdə tutulan maddələrin həyata keçirilməsi həm bölgələrdə anaların, ailələrin maariflənməsini, sağlam uşaqların doğulmasını təmin edəcək,  həm də  ana-uşaqların müdafiəsini gücləndirəcək.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Səhiyyə