USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Antibiotiklərin reseptsiz satışının qarşısını almaq üçün ciddi tədbirlər görüləcək


https://img.baki-baku.az/news/2021/10/photo_5290.jpg

“Qeydiyyatdan keçməyən dərmanlarla bağlı səhiyyə nazirinin əvəzi Teymur Musayevlə müzakirələr çox sıx şəkildə davam edir. Teymur müəllim də bu məsələ ilə bağlı çox ciddi addımlar atacağını bildirib”.

APA-nın məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

 

Qurbanov qiymət siyasətinə görə bir çox dərman şirkətinin nümayəndəliyinin ölkəni tərk etdiyini bildirib: “Bununla bağlı ciddi addımlar atılacaq”.

O, antibiotiklərin apteklərdə satılması ilə bağlı məsələyə də münasibət bildirib: “Bununla bağlı həm İcbari Tibbi üzrə Dövlət Sığorta Agentliyi, həm də Səhiyyə Nazirliyi ilə görüşmələrimiz gedir. Bütün dünyada antibiotiklərin reseptsiz satışına icazə verilməməsi qəbul olunub. Respublikamızda da bu işə nəzarət artıq ciddi tədbirlərlə həyata keçiriləcək. Vacib olan məqam odur ki, artıq xəstəxanalarımızda elektron resept sisteminə keçiriləcək. Bu da həkimlərimizi kağız üzərinə yazılmış reseptlərdən qurtaracaq. Apteklər yazılmış elektron resept üzərindən vətəndaşlara dərmanları təqdim edəcək. Bu da antibiotiklərin və digər reseptsiz satışa icazəsi olmayan dərmanların satışının qarşısını almağa gətirib çıxaracaq. Bu, qısamüddətli proses deyil. Səhiyyə Nazirliyi ilə bu istiqamətdə işlərimiz davam edir”.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Səhiyyə