USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hipertenziyadan 1,28 milyard insan əziyyət çəkir


https://img.baki-baku.az/news/2021/08/photo_4768.jpg

Hipertenziyadan əziyyət çəkən insanların sayı son 30 ildə təxminən iki dəfə artaraq 650 milyondan 1,28 milyarda çatıb. Üstəlik, yüksək təzyiqdən əziyyət çəkən 580 milyon insanın bu sindromdan xəbəri olmayıb, 720 milyon insan isə müalicə olunmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və London İmperial Kollecinin birgə araşdırması “Lantset” tibb jurnalında dərc edilib. Ekspertlər 1990-cı ildən 2019-cu ilə qədər dünyanın 184 ölkəsindən 30-79 yaş arası insanlarda qan təzyiqi ilə bağlı məlumatları toplayıb təhlil ediblər. Bu araşdırma bu günə qədər bu sahədə aparılan ən böyük araşdırmadır.

Mütəxəssislərdə olan məlumatlara görə, yüksək təzyiqdən əziyyət çəkən ən az insan zəngin ölkələrdə, ən çox isə orta və aşağı gəlirli ölkələrdə yaşayır. Hipertoniya üzrə ən aşağı göstəricilər İsveçrə, Peru və Kanadada, qadınlar arasında ən yüksək göstəricilər Dominikan Respublikası, Paraqvay və Yamaykada, kişilər arasında isə Macarıstan, Paraqvay və Polşadadır.

ÜST ekspertləri yüksək arterial təzyiqin ürək-damar xəstəlikləri, eləcə də beyin və böyrək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırdığını və planetdə əsas ölüm səbəblərindən biri olduğunu vurğulayırlar.

Mütəxəssislər, hipertenziya diaqnozunun bu zaman çox asan təyin olunmasını vurğulayırlar: qan təzyiqini mütəmadi olaraq ölçmək kifayətdir, bunu hətta ev şəraitində də etmək olar. Onun müalicəsi də asandır, yüksək təzyiqə qarşı kömək edən bir çox dərmanlar aşağı qiymətləri ilə fərqlənir.

Eyni zamanda, ÜST qeyd edir ki, yüksək təzyiqi olan yalnız hər 4-cü qadın və hər 5-ci kişi vəziyyəti nəzarət altında saxlamağa imkan verən təsirli dərmanlar qəbul edir.

"Bahalı olmayan dərmanların köməyi ilə diaqnozunun müəyyən edilməsi və müalicəsi asan olan hipertoniyanı müalicə etməyə başladığımızdan təxminən yarım əsr sonra belə, bir çox yüksək qan təzyiqi olan insanlar hələ də müalicə olunmur və bu ictimai səhiyyə sisteminin çökməsidir", - deyə araşdırma müəlliflərindən biri, London İmperial Kollecinin professoru Məcid Ezzati bildirib.

Dünyada hipertenziyanın müalicəsinin ən yüksək göstəricilərindən biri Qazaxıstandadır. Orada yüksək təzyiqdən əziyyət çəkən qadınların 74 faizi və kişilərin 66 faizi lazım olan dərmanları alır. İlk üçlükdə Kanada, İslandiya və Cənubi Koreya qərarlaşıb. Hipertoniyanın müalicəsi ilə əlaqədar ən pis vəziyyət Saharadan cənubda Afrikada, Cənub-Şərqi Asiyanın bir sıra ölkəsində və Sakit Okean ada dövlətlərindədir.

ÜST hipertenziyanın qarşısının alınmasına imkan verən bir sıra tövsiyələr də təqdim edib. Onların arasında - duz, spirtli içkilər və transyağların istifadəsinin azaldılması, siqaretdən imtina edilməsi. Ekspertlər, həmçinin aktiv həyat tərzinin zəruri olduğunu da vurğulayırlar.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Səhiyyə