USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bir sual, bir cavab - ikincili sonsuzluq nədir?


https://img.baki-baku.az/news/2021/07/photo_4558.jpg?v=MjAyMS0wNy0zMCAxMDo0NDowMw==

Bu gün qadın xəstəliklərinin cavanlaşması, hətta artıq çox erkən yaşlarda qızların müəyyən narahatlıqlarla həkim-ginekoloqlara müraciəti intensivləşib. Aidiyyatı araşdırmalar belə deməyə əsas verir ki, 100 qadından 60-da rastlanan bu xəstəliyin gəncləşməsi, bu gün xanımların, xüsusilə gənc qızların qadın sağlamlığı ilə bağlı maarifləndirilməsinə ciddi ehtiyac yaradır.     Sosial media üzərində qadınların təkrar-təkrar soğuladığı məsələlərə aydınlıq gətirmək məqsədilə, ünvanlanan suallara cavab tapmaq istəklərini nəzərə alaraq problemlərə peşəkar həkimlərin yanaşmasını sərgiləmək niyyətindəyik. "Baki-Baku.az" bu baxımdan “German Hospital”ın mama-ginekoloqu, Dr. Ləman Əliyevaya saytımızın daha bir daimi izləyicisinin sosial şəbəkə vasitəsilə verdiyi sualı ünvanlayır. 

- Bütün qadınlar kimi məni də ikincili sonsuzluq narahat edir. Bildiyimə görə, son zamanlar problemlə bağlı müzakirələr, söz-söhbətlər var. Bu problemin kökündə dayanan səbəblər necə izah oluna bilər?  Və bu problemin yaranmaması üçün hansı profilaktik tədbirlər görülməlidir?

 - İkincili sonsuzluq əvvəllər hamiləliyi olmuş qadının sonradan heç bir qorunma üsulundan istifadə etmədiyi halda hamilə qalmamasıdır. Əlbəttə, bu nəticənin müxtəlif səbəbləri var: Qeyri düzgün qidalanma və həyat tərzi, spirtli içkilər və siqaret, yaş faktoru, artıq çəki, stresli iş rejimi, abort zamanı uşaqlığın endometriya təbəqəsinin həddindən artıq qaşınması, hormonal fəaliyyətin pozulması, cinsi yolla keçən infeksiyalar,  endometrioz, uşaqlığın miomaları,  erkən klimaks,  kişilərdə spermaqrammada pozulmalar və s. Bir də mənşəyi bilinməyən ikincili sonsuzluq olur ki, bunun müalicəsi daha mürəkkəbdir. Müalicə hər zaman səbəbdən asılı olaraq müəyyən edilir. Son illərin ən geniş yayılmış müalicə üsulu isə süni mayalanmadır ki, bu da dövrümüzdə əksəriyyətə bəllidir. Anacaq bu yeganə həll variantı deyil. Bununla yanaşı aşılama və ovulyasiyanın induksiyası da effektiv müalicə üsulları hesab olunur.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Səhiyyə