USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"COVID-19" infeksiyasının insana təsir göstərən 203 simptomu aşkarlanıb


https://img.baki-baku.az/news/2021/07/photo_4440.jpg

London Universitet Kollecinin alimləri ABŞ tədqiqat mərkəzlərindən olan həmkarları ilə birlikdə koronavirusun 203 əlamətini aşkar ediblər. Onlar həmçinin insanların həmin simptomlardan yalnız 56-sından əziyyət çəkdiklərini dəqiqləşdiriblər. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məhşur "Daily Mail" yazıb. Nəşrin yazdığına görə, tədqiqatçılar müxtəlif ölkələrdə koronavirus xəstəsi olan 3762 insanla görüşüblər.

Xəstəliyin ənənəvi simptomlarının ürək, ağciyər, beyin və bağırsaq daxil olmaqla on fərqli orqanın işinə təsir göstərdiyi bildirilir. Daha çox müşahidə edilən hal isə yorğunluq və başın gicəllənməsidir. Həmçinin "COVID-19" xəstələrində görmə və eşitmə zəifliyi, halüsinasiyalar müşahidə edilir. Onlar taxikardiyanın pisləşməsindən şikayət edirlər. Qəribə simptomlar arasında qadınlarda menstrual dövrdə dəyişikliklərin baş verməsi, habelə cinsi funksiyanın pozulması da var.

Mütəxəssislərin fikrincə, COVID-19 xəstələrinin təxminən üçdə birində 12 həftə ərzində simptomlar inkişaf edir. Xəstələrin yüzdə 96-sı təxminən üç ay əlamətlərdən əziyyət çəkir, yüzdə 65-i altı aydan çox müddətdir onları hiss edir. Tədqiqat nəticəsindən o da məlum olub ki, koronavirus xəstələrindən 45,2 faizi iş saatlarını azaltmaq məcburiyyətində qalıb. 22,3 faizi isə sağlamlıq problemləri səbəbi ilə işdən çıxıb.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Səhiyyə