USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ÜST: koronavirusun “delta” ştamı dünyanın 111 ölkəsində və ərazisində aşkar edilib


https://img.baki-baku.az/news/2021/07/photo_4413.jpg

Koronavirusun sürətlə yayılan “delta” ştamının aşkar edildiyi ölkə və ərazilərin sayı iyulun 6-dan 13-dək daha 7 vahid artaraq 111-ə çatıb.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iyulun 14-də dərc edilmiş həftəlik epidemioloji bülletenində bu barədə deyilir: “SARS-CoV-2 virusunun sirkulyasiya və təkamül prosesi davam edir”.

Vurğulanır ki, xüsusi narahatlıq doğuran variantlar kateqoriyasına aid edilən dörd ştam – “alfa”, “beta”, “qamma” və “delta” variantları daha yüksək dərəcədə yoluxucudur.

ÜST-də bildiriblər: “Son iki ayda ÜST-nin bütün altı regionunu əhatə edən azı 111 ölkədə “delta” variantı aşkar edilib. Bu variant indiyə qədər aşkar edilmiş, xüsusi narahatlıq doğuran başqa variantlarla müqayisədə daha yüksək dərəcədə yoluxucu olması ilə fərqlənir. Bu o deməkdir ki, yaxın aylarda “delta” ştamı dünyada ən üstün variant olacaq.

Bundan əlavə, delta ştamının daha geniş yayılması proqnozlaşdırıldığına görə, xüsusən vaksinasiyanın əhatə dairəsi aşağı olan ərazilərdə xəstəliyin artacağı və səhiyyə sistemlərinə təzyiqin güclənəcəyi gözlənilir.

İlk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkar edilmiş “delta” ştamı iyulun 6-na olan məlumata görə 104 dövlətdə və ərazidə, ondan bir həftə əvvəl isə 96 dövlətdə və ərazidə dövr edirdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə bəyanatla çıxış edərək bildiriblər ki, ölkədə koronavirusun “delta” variantı ilə 31, “alfa” variantı ilə 9 yoluxma halı qeydə alınıb.

ÜST-nin iyulun 13-nə olan məlumatına görə, koronavirus pandemiyası başlanandan bəri dünyada koronavirusla bağlı 187.085.093 yoluxma və 4.042.921 ölüm faktı qeydə alınıb.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Səhiyyə