USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Təhsil ocaqlarında sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydaları - Səhiyyə Nazirliyi aydınlıq gətirdi


https://img.baki-baku.az/news/2020/09/photo_432.png

Avqustun 31-də Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən COVID-19 pandemiyası dövründə məktəblərdə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin təşkilinə həsr olunmuş ÜST-ün Avropa bölgəsindəki ölkələrin Səhiyyə Nazirləri və nazirliklər nümayəndələrinin iştirakı ilə onlayn müzakirələr təşkil olunub. Onlayn formatda keçirilmiş görüş zamanı tədbirin əsas mövzusu ətrafında təcrübə mübadiləsi aparılıb, fikir və düşüncələr bölüşülüb və müxtəlif məsələlər müzakirə olunub. İtaliyanın Səhiyyə Naziri Roberto Sperenzanın təşəbbüsü ilə həyata keçirilən onlayn görüş zamanı bir neçə iştirakçı ölkənin nümayəndələri bu məsələyə aid öz təcrübələrini bölüşüblər. BMT-nin Uşaq Fondunun (UNICEF), BMT-nin mədəniyyət, elm və təhsil sahəsi üzrə ixtisaslaşmış təşkilatı (UNESCO), ÜST-ün Baş qərargahının və ÜST-ün Əməkdaşlıq Mərkəzlərinin ekspertləri də öz biliklərini bölüşüb və müzakirələrin koordinatorları kimi çıxış edib. Bu barədə məlumatı APA yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasını təmsil edən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Sabinə Babazadə öz çıxışı zamanı onlayn görüş çərçivəsində aparılan müzakirə nəticələrinin ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən hazırlanan hesabatda öz əksini tapacağını diqqətə çatdırıb. Bu hesabat COVID-19 pandemiyası dövründə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin planlaşdırması və təşkili kontekstində milli təhsil və səhiyyə qurumları üçün istinad sənədi və praktik məsləhət mənbəyi vasitəsi olacaq.

Beləliklə, yaxın günlərdə Səhiyyə və Təhsil nazirlikləri tərəfindən məktəb və təhsil ocaqları üçün sanitar-epidemioloji tələblərə və əlavə təhlükəsizlik qaydalarına uyğun əsas iş prinsipləri müəyyən edilib, ictimaiyyətə açıqlanacaq. Həmçinin, bütün təhsil işçiləri, valideynlər və məktəbliləri narahat edən ən aktual suallar cavablandırılacaq.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səhiyyə