USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda insult mərkəzi yaradıla bilər


https://img.baki-baku.az/news/2021/07/photo_4314.jpg

Hər il dünyada 6-7 milyon insan insult keçirir. Bu statistikada Azərbaycan da yer alır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının asisstenti, tibb üzrə fəlsəfə doktoru Dilarə Xəlilova deyib.

D.Xəlilovanın sözlərinə görə, onlara ən çox müraciət edənlər beyin qan dövranı pozulanlar, insult xəstələridir: “Həmin xəstəlikdən əmək qabiliyyətini itirən və əlillik alanların faizi çoxluq təşkil edir. Xəstələr insult olduqları vaxt 2-3 saat ərzində tibbi müdaxilə olmazsa, onlara zamanında yardım edilməzsə, ya əlil olur, ya da dünyalarını dəyişirlər. Belə xəstələrin, demək olar ki, 30-35 faizi ilk gündən dünyasını dəyişir və yalnız 15-20 faizini əvvəlki həyat tərzinə qaytarmaq mümkün olur. Xəstəlikdən I və II qrup əlil olanlar var”.

Nevroloq xəstəliyə əsasən yaşlı, ahıl şəxslərin məruz qaldığını, lakin bəzən uşaqlar və gənclər arasında da beyin qan dövranının pozulması hallarına rast gəlindiyini qeyd edib. O, xəstəliyi yaradan risk amillərinin yüksək olduğunu deyib, buna misal kimi, ətraf mühitdən qəbul edilən gərginliyi, stressi, passiv həyat tərzini, artıq çəkini və s. göstərib: “Bir çox səbəblər insanlarda insultun yaranmasına səbəb olur. Məsələn, arterial təzyiqi, arterial hipertenziya və şəkərli diabeti olan xəstələr xroniki tərzdə gedən qan pozulmalarına, kəskin insultlara məruz qalırlar. Son vaxtlar ən çox işemik tipli insultlarla rastlaşırıq ki, bu da hemaratik tip insultlardan 5 dəfə çoxdur. Doğrudur, hemaratik tip insultlar ağır olduğunudan, xəstələnənlər arasında ölüm faizi yüksək olur. Amma işemik tipli xəstələrdə ocaqlar böyük olur və bunun təhlükəli tərəfləri daha çoxdur”.

D.Xəlilova ölkəmizdə insult mərkəzlərinin olmaması ilə bağlı narahatlığını da çatdırıb: “Xaricdə, o cümlədən qonşu ölkələrdə insult mərkəzləri fəaliyyət göstərir. Bu cür xəstələr aşkar olunanda, onları müalicə etmək üçün insult mərkəzlərinə aparırlar. Mərkəzlər bu tip xəstəliklərin müalicəsi üzrə ixtisaslaşdığından, onlara trombolizis müalicə tətbiq olunur. Xaricdə trombolizis mərkəzləri də fəaliyyət göstərir. Bu, böyük bir sistemdir. Bizdə də belə mərkəzlərin yaradılması üçün müzakirələr aparılır. Azərbaycanda bu cür xəstələr aşkar olunanda müayinə edilir, ürəyi qiymətləndirilir, xəstənin arterial təzyiqdən əziyyət çəkib-çəkmədiyi müəyyənləşdirildikdən sonra plana uyğun müalicə aparılır. Beyin sisteminin funksiyasını yaxşılaşdırmaq üçün lazımi dərman preparatlarından istifadə edilir. Doğrudur, bu müalicənin effekti olur, amma trombolizis sistemin yerini vermir”.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Səhiyyə