USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanlı alimdən bir ilk


https://img.baki-baku.az/news/2021/07/photo_4312.jpg

Kəskin işemik beyin insultu xəstələrinin damardaxili operativ müalicəsində istifadəsi nəzərdə tutulan yeni layihənin ilkin praktik sınaqları uğurla keçib.

APA-nın məlumatına görə, layihənin ideya müəllifi Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevdir.

Layihənin inkişafı üçün səy göstərən digər həmmüəllif həmyerlimizlə birgə çalışan tibb elmləri doktoru, almaniyalı alim Michael Schönfelddir.

İşemik insultlar zamanı beyindən trombun çıxarılmasında istifadə olunacaq bu yenilik dünyada ilkdir və bu, müalicə konseptində ciddi uğur hesab edilir.

Beyin əməliyyatlarında tətbiq olunacaq alətin hazırda Avropada patentləşməsi prosesi yekunlaşmaq üzrədir.

Alman şirkətlərindən biri məhsulun istehsalını həyata keçirmək üçün N.Abdullayev və M.Schönfeldlə razılığa gəlib. Bu da layihənin tətbiqində önəmli detallardan sayılır.

Artıq alətin Avropada bütün insult mərkəzlərində istifadəsi üçün "CE" sertifikatlaşması prosesinə də başlanılır.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Səhiyyə