USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ÜST-dən xəbərdarlıq: Pandemiyanın çox təhlükəli mərhələsi çatıb


https://img.baki-baku.az/news/2021/07/photo_4311.jpg

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının çox təhlükəli mərhələsinin çatdığını bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, baş direktor hazırda virusla mübarizə üçün köməkçi vasitələrə, ilk növbədə peyvəndlərə sahib olan dövlətlərin məhdudiyyətləri yumşaltdığını deyib.

“Bununla yanaşı, effektli vasitələrə əli çatmayan ölkələr daha çox kütləvi xəstəxanaya yerləşdirilmə və ölüm halları ilə qarşılaşır. Bu, virusun yeni ştammları ilə daha da kəskinləşir”, - deyə ÜST rəhbəri əlavə edib.

Onun fikrincə, belə bir vəziyyətdən yeganə çıxış yolu ölkələr arasında testlərin, peyvəndlərin, dərmanların və qoruyucu vasitələrin ədalətli paylanmasıdır: “Bu, raket istehsalı və ya xeyriyyəçilik deyil. Bu, bütün maraqlara cavab verən məntiqli ictimai səhiyyə xidmətidir”.

Təşkilat rəhbəri qeyd edib ki, hər şeyin yaxşıya doğru dəyişiləcəyinə ümid var, COVAX peyvənd paylanılması proqramı buna misaldır. Qebreyesus ölkələri bu istiqamətdə öz səylərini artırmağa çağırıb.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Səhiyyə