USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

TƏBİB: Yaxın günlərdə ictimai nəqliyyatdan istifadə və digər istiqamətlərdə qərarlar gözlənilir


https://img.baki-baku.az/news/2021/05/photo_3824.jpg

“Xəstə sayı azaldığı üçün son zamanlar bəzi pandemiya xəstəxanalarımız bağlanır, bu da xoş xəbərdir”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-nin “Günə bərabər başlayaq” verilişində çıxışında deyib.

O bildirib ki, bununla əlaqəli olaraq insanların gözlədiyi bəzi qərarlar üzərində də bu gün çox ciddi müzakirələr gedir: “Hər kəs başa düşməlidir ki, vaksinasiya çox önəmlidir. Qərar qəbul etməyimizdə yoluxma sayı ilə eyni dərəcədə olan vaksinasiya olunan vətəndaşların sayıdır. Üzümüzə gələn günlərdə açıq havada maskadan istifadənin ləğvi, başqa bir neçə istiqamətlər var ki, bu ictimai nəqliyyatın istifadəsi - bu istiqamətlərdə bəlli qərarlar elan olunması gözlənilir”.

Y. Qarayevanın sözlərinə görə, bu gün belə bir tövsiyə də mövcuddur ki, xəstəliyi keçirən insanlar sonradan vaksinasiya olunursa, onlarda yaranan immunitet daha uzunmüddətli və dayanıqlı olur.

O bildirib ki, bəzən vaksin vurdurmaqla bağlı məsələ səhv başa düşülür: “Düşünürlər ki, vaksini bir dəfə vurduraq və heç vaxt xəstəlik tutmayacaq. İnsan canlı virusla rastlaşır və orqanizmi canlı virusa cavab verir. Əgər canlı virusla rastlaşandan sonra yenidən yoluxma şansım varsa, əlbəttə ki, zəiflədilmiş virusla rastlaşdığım zaman onun əmələ gətirdiyi immunoloji qorumanın da bir müddət sonra zəifləməsi məntiqlidir”.

Y. Qarayeva qeyd edib ki, vaksinasiyada əsas məqsəd xəstəliyin ağırlaşmasının qarşısını almaq və ölüm saylarını azaltnaqdır.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Səhiyyə