USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baş infeksionist dördvalentli vaksindən istifadə məsələsinə aydınlıq gətirdi - ÖZƏL


https://img.baki-baku.az/news/2020/08/photo_368.jpg

Azərbaycanda payızda qrip əleyhinə dördvalentli vaksindən istifadə ediləcək. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib. Məsələ ilə bağlı “Baki-baku.az” saytı olaraq ölkənin baş infeksionisti Cəlal İsayevin fikirlərini öyrəndik.

C.İsayev bildirdi ki, qrip infeksiyası ilin soyuq aylarında yayılan mövsümi xəstəlik olub, qrip viruslarının çoxsaylı ştammları tərəfindən törədilir və ağır gediş ehtimallarının olması ilə diqqət cəlb edir. Belə ki, bir sıra əhali qrupları arasında - yaşı 65-dən yuxarı olanlarda, hamilə qadınlarda, xroniki xəstələrdə - o cümlədən tənəffus sistemi, ürək-damar, sinir sistemi (insult keçirənlər, dağınıq skleroz), ağır böyrək xəstəliklərindən, qaraciyərin sirrozundan, diabetdən əziyyət çəkənlərdə, immuniteti zəifləmiş insanlarda (immonodepressantlar, kimyaterapiya qəbul edənlər, İİV-infeksiyası zamanı) və 6 ayından - 6 yaşadək uşaqlarda qrip xəstəliyinin ağır formada keçməsi ehtimalının yüksək olmasını göstərmək lazımdır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı bu insanların hər il yayılması ehtimal edilən qrip virusu ştammına qarşı vaksinasiya – peyvənd edilməsini tövsiyə edir.

"Qripə qarşı peyvənd edildikdən 2-3 həftə sonra orqanizmdə qripə qarşı 1 il müddətində davam edən immunitet yaranır ki, bu da müəyyən qədər qriplə yoluxma hallarının qarşısını almış olur. Qeyd etmək lazımdır ki, peyvənd olunmuşların hər 10 nəfərdən 6-8-də xəstəliyə qarşı bu və ya digər dərəcədə immunitet formalaşır və qriplə xəstələnmədən qoruyur. Peyvənd işlərinin aparılması adətən oktyabr və ya noyabr aylarında həyata keçirilir. Hər il qrip virusunun ayrı-ayrı ştamlarının yayılması ehtimalının olduğunu nəzərə alaraq qrip əleyhinə vaksinasiya ilin soyuq aylarında - qış mövsümündə baş verən və yayılması ehtimal edilən qrip virusu ştammı və ya ştammları əleyhinə aparılmalıdır. Bu, zaman aparılan vaksinasiya yalnız baş verməsi gözlənilən və əleyhinə peyvənd aparılmış spesifik qrip virus  ştammı ilə yoluxmadan qoruyur, başqa ştammlardan qorumur. Bunu nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı da tövsiyə edir ki, immunlaşdırma üçün istifadə edilən vaksinlər ən azı 4 valentli - komponentli olmalı və onun tətbiqi 4 virus ştammına qarşı immunitetin yaranmasını təmin etməlidir. Vaksinasiyanın 4 virus ştammına qarşı yönəlməsi müəyyən mənada aparılan peyvəndin effektliyini gücləndimiş olur”, - deyə C.İsayev vurğulayıb.

Qeyd etmək lazımdır ki, qripə qarşı peyvənd qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər virus infeksiyalarının qarşısını almır. Bu baxımdan C.İsayev diqqəti respublikamızda yeni növ koronavirus - COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlərə, eləcə də son dövrlər əhalinin karantin və infeksiyadan qorunma qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsinə yönəldib və bildirib ki, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki epidemioloji vəziyyət sabitləşib, buna görə yoluxma hallarının azalmasına nail olunub.

Baş infeksionist həmçinin deyib ki, payız-qış mövsümünün gəlməsi ilə bütün respirator infeksiyaların aktivləşməsi gözləniləndir. “Bu nöqteyi-nəzərdən bu respirator infeksiyaların, xüsusən qripin yayılması ilə əlaqədar olaraq COVİD-19 infeksiyası ilə yoluxma hallarının artmasının baş verməsi ehtimalı çox yüksəkdir. Belə ki, subklinik gedişli COVD-19 xəstələrində digər respirator virus infeksiyaları ilə, o cümlədən qriplə yoluxma nəticəsində zökəm əlamətlərinin meydana çıxması səbəbindən COVİD-19 virusunun yayılmasına şərait yaranacaq, nəticədə bütün bunlar epidemioloji göstəricilərin kəskin pisləşməsinə gətirib çıxaracaqdır. Eyni zamanda yanaşı bir xəstəlik kimi qrip ağır klinik gedişə malik olan COVİD-19 xəstələrinin sayının da artmasına səbəb olacaqdır. Bu isə səhiyyə sisteminin yükünün artması ilə nəticələnəcəkdir. Bütün bunları nəzərə alaraq hazırda dövlət səviyyəsində qrip əleyhinə 4 valentli vaksinlərin alınmasına hazırlıq gedir. Xəbər verildiyi kimi yaxın dövr ərzində vaksinlərin ölkəyə gətirilməsi təmin ediləcəkdir. İlk növbədə, risk qrupuna aid şəxslərin peyvəd olunması nəzərdə tutulur. Bunun da onlarda qripə qarşı immunreaktivliyinin gücləndirilməsinə şərait yaratmaqla yanaşı, koronovirusla mübarizə üçün də əhəmiyyətli olacağını düşünmək olar”, - deyə C.İsayev vurğulayıb.

Respublikamızın baş infeksionisti açıqlamasında həmçinin tövsiyələrini də dilə gətirib: “Bu gün hər kəsin COVİD-19-la mübarizədə verilən bütün tövsiyyələrərə əməl etməsinin payız-qış aylarında koronovirus infeksiyasının yayılmasının qarısının alınmasında əhəmiyyətli rolu vardır. Gəlin hamılıqla maskadan istifadə edək, ara məsafəni gözləyək, sosial təcridə diqqət yetirək! Şəxsi gigiyena qaydalarına əməl edək!”




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Səhiyyə