USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ÜST xəbərdarlıq edir - Avropada gənclər arasında koronavirusa yoluxma halları artıb


https://img.baki-baku.az/news/2020/08/photo_306.png

Hazırda Avropa ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma halları gənclər arasında artıb.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe deyib.

"Qış fəslinin gəlişi ilə bu gənclər yaşlı əhali ilə daha yaxın təmasda olacaq və beləliklə xəstəxanaya müraciətlərin və ölümlərin sayı artacaq", - deyə ÜST rəsmisi bildirib.

Hans Kluqe gənclərə çağırış edib: "Heç kəs yenilməz deyil və bu pandemiya tornado kimidir".

Regional direktorun fikrincə, indiyə qədər olan təcrübə göstərir ki, kütləvi testlərin aparılması və koronavirusla bağlı izləmə sistemi pandemiya ilə mübarizədə effektiv təsir göstərir.

"Biz indi ölkələrin virusun yayılma sürətini və şiddətini təəccüblə qarşıladığı fevral ayındakı kimi deyilik. Bunun əvəzinə indi bizim üçün əsas olan sayıqlıqdır və vəziyyəti nəzarətdə saxlamaq üçün kifayət qədər məlumatlıyıq", - deyə Hans Kluqe bildirib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səhiyyə