USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Koronavirus laborator mənşəli ola bilərmi? - ÜST ekspertlərinin suala cavabı


https://img.baki-baku.az/news/2021/02/photo_2800.jpg?v=MjAyMS0wMi0xMCAxMzoyOToxMw==

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanı əmələ gətirən virusun öyrənilməsi məqsədilə hazırda Çində səfərdə olan ekspertlər qrupu əldə olan məlumatlara görə infeksiyanın başlandığı mənbədə - Çinin Uhan şəhərində mətbuat konfransı keçiriblər. ÜST ekspertləri çinli həmkarları ilə birgə tədqiqatın detallarını və onun ilkin nəticələrini açıqlayıblar.

Alimlər yeni koronavirusun əmələ gəlməsinin dörd versiyasının öyrənilməsini qarşılarına məqsəd qoyublar: vəhşi heyvandan insana birbaşa ötürülmə, vasitəçi heyvandan ötürülmə, dondurulmuş ərzaq məhsulları vasitəsilə ötürülmə və laboratoriya sızmaları. Bu barədə mətbuat konfransında ÜST-nin heyvandan insana ötürülən infeksiyalar və ərzaq təhlükəsizliyi üzrə eksperti, müxtəlif profilli mütəxəssislərin - epidemioloq, həkim, veterinar və virusoloqların daxil olduğu beynəlxalq qrupun rəhbəri Piter Ben Embarek bildirib.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, ekspertlərin fikrincə, birincisi, əldə edilən məlumatlar virusun təbii yolla əmələ gəlməsi ehtimalının xeyrinədir. Onlar bildirirlər ki, laboratoriya sızmaları versiyasının “ehtimalı çox cüzidir”. Ekspertlər hesab edirlər ki, bu versiyanın öyrənilməsini davam etdirməyə lüzum yoxdur.

Bundan sonra iş qalan üç istiqamət üzrə aparılacaq. Məlum olduğu kimi, xəstəlik insanlar arasında artıq ötən ilin dekabrında geniş yayılıb, lakin “ilkin” yoluxma hallarının izlərinin hamısı da olmasa, bəziləri Uhan bazarına aparıb çıxarır.

Ekspertlər qeyd edirlər ki, bu bazarda yerli fermaların dondurulmuş məhsulları, o cümlədən vəhşi heyvanların ətləri satılırdı. Onlar infeksiyanın insanlara ötürülməsində potensial “vasitəçi” ola biləcək heyvanlardan, o cümlədən yarasalardan nümunələr götürməyi və təhlil etməyi məsləhət görürlər. Özü də alimlər hesab edirlər ki, bu iş təkcə Çinin özündə deyil, həm də onun hüdudlarından kənarda aparılmalıdır. “Virus sərhədlərdən keçən dolaşıq və uzun yol qət edə bilər”, - deyə ekspertlər vurğulayırlar.

Hələ ötən il ekspertlərin əksəriyyəti ehtimal edirdi ki, COVID-19-un baş qaldırması yarasalardan əmələ gələn koronavirusla bağlıdır. Güman edilirdi ki, virus yarasalardan başqa heyvana və onun vasitəsilə insana keçib. Şübhəli “vasitəçilər” siyahısında kələz adlandırılan panqolin də yer tutub.

ÜST-nin Çinə ekspedisiyası – beynəlxalq ictimaiyyətin müxtəlif xəstəliklərin baş qaldırmasının qarşısının alınması və dəf edilməsinə olan hazırlıq səviyyəsinin yüksəldilməsinə yönələn səylərin bir hissəsidir.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Səhiyyə