USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycana koronavirusa qarşı Çin peyvəndi ilə yanaşı Qərb peyvəndi də gətiriləcək


https://img.baki-baku.az/news/2021/01/photo_2616.jpg

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkil etdiyi COVAX platformasına  üzv olub və COVAX-dan Azərbaycana peyvəndlər gətiriləcək”.

Bunu APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndiliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, fərqli peyvəndlərin də gətirilməsi müzakirə mövzusudur: “Müəyyən miqdar Pfizer/BioNTech peyvəndi də gətiriləcək. Hazırda isə Azərbaycanda Sinovac peyvəndi tətbiq olunur. Azərbaycan da digər ölkələr kimi mümkün olduğu qədər çox peyvəndi qısa vaxtda ölkəyə gətirib tətbiq etmək istəyir. Bunun üçün işlər davam edir”.

H.Harmancı qeyd edib ki, indiyə qədər ölkələrdə aparılan araşdırmalar zamanı peyvəndlə bağlı hər hansı ciddi yan təsir aşkarlanmayıb: “Amma yenə də izləmək, diqqət etmək lazımdır. Çünki klinik sınaqlar daha az sayda insan üzərində həyata keçirilir. Üçüncü faza sınaqlar 10 minlərlə insan üzərində yoxlanılır. 10 milyonlarla insan üzərində sınaqlar aparıldığı zaman daha fərqli nəticələr ortaya çıxa biləcəyi üçün daha diqqətlə izləmək lazımdır. İndiyə qədər hər hansı təhlükəli, ciddi, ağır yan təsirə rast gəlinməyib”.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Səhiyyə