USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev koronavirus əleyhinə peyvənd olunub


https://img.baki-baku.az/news/2021/01/photo_2470.jpg?v=MjAyMS0wMS0xOCAxMTo1OToxMw==

Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. 

APA-nın məlumatına görə, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub. 

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Eyni zamanda onu da bildiririk ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da peyvənd olunub. 

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

"Azərbaycan ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya başlanılıb". Bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır: “Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasıyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".

"COVID-19-a qarşı vaksinasiya qısa müddətdə təsirini göstərəcək", - deyən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev əlavə edib ki, bununla Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq.

 Z.Əliyev qeyd edib ki, ilk növbədə tibb işçiləri vaksinasiyadan keçəcəklər.



Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Səhiyyə