USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Deputat süni dərman qıtlığından danışdı


https://img.baki-baku.az/news/2020/12/photo_2250.jpg

“2020-ci il pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ölkəmiz üçün zəfər ili kimi tariximizə yazılacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əhliman Əmiraslanov deyib. 

Deputat bildirib ki, 2021-ci ilin büdcə zərfində səhiyyə xərcləri nəzərəçarpacaq dərəcədə artırılıb: “İlk dəfə belə rəqəmə rast gəlirik. 2021-ci ilin büdcə zərfində vəsaitin böyük qismi İcbari tibbi sığortanın ölkəmizdə bütövlükdə tətbiqinə yönəlib. 2021-ci ilin yanvarından artıq 36 rayon və şəhərdə icbari tibbi sığorta tətbiq olunacaq, aprel ayından isə Bakı və Sumqayıt daxil olmaqla daha 7 şəhər və rayonda bu, tətbiq ediləcək. İnsanlarımız icbari tibbi sığortanı ilərdir  gözləyir. Bunun bütövlükdə ölkədə həyata keçirilməsi əhaliyə tibbi xidmətin göstərilməsinin səviyyəsini yüksəldəcək”. 

Deputat bildirib ki, pandemiya elan olunduğu ilk gündən ölkədə operativ qəragah yaradılıb: “Bu gün pandemiyaya qarşı mübarizə sahəsində müəyyən çətinliklər var. Xəstələrin ambulator müalicəsi üçün apteklərdə antiviral dərmanların qıtlığı yaşanır. Bu da süni yaradılmış qıtlıqdır. Bundan vəsait qazananlar var. Bununla bağlı ciddi tədbir görülməlidir. Ölkəmizdə kifayət qədər dərman ehtiyatı var, amma bu qıtlığı süni olaraq yaradırlar”.

Ə. Əmiraslanov qeyd edib ki, bu gün insanlar arasında ənənəvi baş verən xəstəliklər də qalmaqdadır: "Bu gün biz ancaq pandemiyadan danışırq. Elə patologiyalar var ki, onların ağırlığı COVİD-19-dan qat-qat çoxdur. Bununla bağlı da tədbirlər görülməlidir. Çünki gələcəkdə bununla bağlı çox böyük xərclərə getməli ola bilərik”.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Səhiyyə