USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​“Cərrahi platforma” tədris portalının təqdimatı keçirilib


https://img.baki-baku.az/news/2024/09/photo_14575.jpg?v=MjAyNC0wOS0xOCAxNDozNzowMw==

Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasında “Cərrahi platforma” adlı çoxdilli və çoxfunksiyalı tədris portalının təqdimatı keçirilib. ATU-nun I cərrahi xəstəliklər kafedrasının və İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının hazırladıqları portal tələbələr və rezidentlər üçün nəzərdə tutulub.

ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov yeni formatda hazırlanmış portalın cərrahi xəstəliklərin tədrisində tələbələr üçün çox faydalı olacağını bildirib. O, portalda ümumi cərrahiyyəyə dair məlumatlarla yanaşı,  patologiyalar, cərrahiyyənin müxtəlif istiqamətləri üzrə müasir biliklərin yerləşdirildiyini bildirib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev təhsildə keyfiyyətin artırılmasında rəqəmsal proqramların mühüm rol oynadığını qeyd edib. Təhsil və elmin inkişafında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nümunəsi kimi  “Cərrahi platforma”nın bütün istifadəçilər üçün xeyirli olacağından əminliyini bildirib.  

Professor Məmməd Kərimov və ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, professor Məlahət Sultanova çıxış edərək, elektron elmə keçid sahəsində bu cür platformaların tətbiqinin vacibliyindən danışıblar.

 AMEA-nın müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov tədbir iştirakçılarına saytı təqdim edib. 3 bölmədən ibarət portalda istifadəçilər üçün anatomiya və fiziologiya, differensial diaqnoz, əməliyyatlara dair müxtəlif məlumatlarla tanış ola bilərlər. Platformada müxtəlif kateqoriyalar üzrə axtarışın tətbiqi istifadəçilərin daha tx və rahat üsulda axtardığı məlumatı əldə etməsinə yardımçı olacaq.

 

Z.HÜSEYNLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səhiyyə