USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub


https://img.baki-baku.az/news/2024/08/photo_13805.jpg

Azərbaycanın Səhiyyə Nazirliyində Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüş keçirilib. Görüş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri çərçivəsində baş tutub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi də qeyd edilib: “Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkoya “Dostluq” ordeni təqdim edilməsi bunun əyani sübutudur”.

Ölkələr arasında səhiyyə sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu bildirən T.Musayev, həmçinin rusiyalı həmkarının 2021-ci ildə Bakıya səfərini xatırladıb: “Görüş zamanı ölkələrimiz arasında “Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi” imzalanıb. Bu sənəd səhiyyənin inkişafı sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır və tibb elminin inkişafına da öz töhfəsini verir”.

Səmimi qəbula görə minnətdarlığını bildirən Rusiyanın səhiyyə naziri ölkələrimiz arasında uğurlu əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Rusiya ilə Azərbaycan arasında səhiyyə və tibb təhsili sahəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edən Mixail Muraşko İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının əhəmiyyətini vurğulayaraq deyib: “Beynəlxalq reytinqdə ən yaxşı Rusiya tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb”.

Görüşdə, həmçinin əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Səhiyyə