USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Respublika Pediatriya Mərkəzində yaradılacaq yeni şöbələrin adları məlum olub


https://img.baki-baku.az/news/2024/06/photo_12954.jpg

Respublika Pediatriya Mərkəzi bir aydan çoxdur ki, fəaliyyət göstərir. Həmin müddət ərzində Mərkəzin nəzdində olan tibb müəssisələrinə ümumilikdə 6 045 müraciət qeydə alınıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Respublika Pediatriya Mərkəzinə müraciətlər əsasən tənəffüs sistemi xəstəlikləri, dəri və dərialtı toxuma xəstəlikləri, endokrin sistemi xəstəlikləri, serebral iflic, qızılca, göyöskürək, leyşmaniozdan və s. ibarət olub.

Müracət edənlərin təxminən 49%-i regionlardan gələn pasiyentlərdir.

Respublika Pediatriya Mərkəzində gələcəkdə Uşaq cərrahiyyəsi, Yenidoğulmuşlar üçün reanimasiya, Ürək-damar cərrahiyyəsi şöbələri, Transfuziya kabineti və mərkəzləşdirilmiş laboratoriyanın yaradılması nəzərdə tutulur. Hazırda Mərkəzdə Pediatriya, Neyroinfeksiya, Yenidoğulmuşların patologiyası, Fizioterapiya, Radiologiya, Kliniki laboratoriya, Mədə-bağırsaq, Bərpa-müalicə şöbələri, Təcili və təxirəsalınmaz yardım şöbəsi, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Hava-damcı xəstəlikləri, Yoluxucu xəstəliklər, Pedoqoji və Şüa-diaqnostika kabineti mövcuddur. Bunlarla yanaşı, allerqoloji, endokrinoloji və radioloji xidmətlər də göstərilir.

Qeyd edək ki, uşaqların müalicə diaqnostika prosesinin vahid mərkəzdə birləşdirilməsi multidisiplinar tibbi xidmətin təşkilinə müsbət təsir göstərəcək, eyni zamanda modern tibbin tələblərinə cavab verən müasir protokolların tətbiqinə kömək edəcək.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Səhiyyə