USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək


https://img.baki-baku.az/news/2024/04/photo_12085.jpg

Aprelin 24-də Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçiriləcək.

Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, saat 09:00-da başlayacaq aksiyada məqsəd operativ şəkildə pasiyentləri yerində müayinə edərək göz xəstəlikləri ilə bağlı ümumi nəticəyə gəlmək, nəticəyə əsasən müşahidə olunmuş xəstəliyə müalicə metodu tətbiq etmək, ciddi durumla qarşılaşdıqda pasiyentləri mərkəz və ya yaxın ərazidə yerləşən filiallara yönləndirməkdir.

Mərkəzin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası tərəfindən 2005-ci ildə respublika rayonlarının əhalisinə müayinə və müalicə məqsədli yardım üçün xüsusi müasir diaqnostik avadanlıqla təchiz olunmuş oftalmoloji yardım Avtomobil Səyyar Klinikası təşkil olunub. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon, şəhərlər və bölgələrində aksiyalar keçirir. Əsas məqsəd sakinlərin yaşadıqları yerdə müayinə, müalicə olunmasına şərait yaratmaq, əldə edilən nəticələrə əsasən uyğun tədbirlər görməkdir. Mərkəzin həyata keçirdiyi tədbirlər hər il artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz edilib. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

 

 

 

 




Redaktorun seçimi

Milli neft şirkətinin yüksəliş marafonu
  • İqtisadiyyat
  • 11:36 10.05.2024
Milli neft şirkətinin yüksəliş marafonu
İrəvanda revanşistlərin son çapalamaları
  • Daxili siyasət
  • 11:15 10.05.2024
İrəvanda revanşistlərin son çapalamaları
Qara fikirlərə işıq salan cavab
  • Daxili siyasət
  • 10:14 09.05.2024
Qara fikirlərə işıq salan cavab

Səhiyyə