USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hemofiliyalı insanların qayğıya ehtiyacı var


https://img.baki-baku.az/news/2024/04/photo_11987.jpg

Hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir. Bu  tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Onun təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkənlərin hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatlılığını artırmaqdır.

Qeyd edək ki, hemofiliya qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Həmsöhbətimiz ağır gedişli hemofiliyadan əziyyət çəkən lakin buna baxmayaraq ölkə ictimaiyyətində fəallığı ilə örnək olaraq xəstəliklə mübarizədə bir çox yerli və beynəlxalq layihələri icra edən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərovdur. Onun sözlərinə görə Azərbaycanda 1700-dən çox irsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkən insan var. Deyir ki, hemofiliya qanın laxtalanması prossesinin pozulması ilə əlaqəli olan irsi xəstəlikdir. XQ-yə bununla bağlı məlumat verən F.Əsgərov dedi:

– Azərbaycan cəmiyyəti bu xəstəliklə mübarizədə dünya ölkələrindən çox geri qalır. Çünki ölkəmizdə hemofiliyalı şəxslərlə bərabər digər sağlamlıq məhdudiyyətli insanlar üçün də gündəlik həyat fəliyyətinin yaxşılaşdırılması istiqamətində addımlar azdır. Hemofiliya ağır fiziki xəstəlik olmasına baxmayaraq sosial təminatın yetərincə olmaması səbəbindən insanlar gərgin iş qrafikində işləyirlər. Bu, onların daim stress içərisində yaşamasına səbəb olur.

Sosial qayğılar və sağlamlıq imkanlarının məhdud olması bizi (hemofiliyalı insanları) sağlam insanlarla bərabər yaşamaq və fəaliyyət göstərmək imkanlarından geri salır. Biz, hemofiliyalı insanlar hər gün ümumi nəqliyyatdan istifadədə – düşüb çıxmaqda ciddi əziyyət çəkirik. Amma müasir dövrdə yaşamağımıza baxmayaraq hələ də bir çox metro stansiyalarda  pilləkan var.

 Hemofiliyalı insanları işə götürən müəssə və şirkət rəhbərləri bizim üçün anlayışlı iş qrafiki və mühit yaratmaqdansa, hər gün işə gəlib gedəcəyimiz saatları düşünərək işə götürməkdən boyun qaçırır. Bu isə sosial qayğılarımızı daha çox artırır. Bizim üçün zamanla kompleksə çevrilən “natamamlıq və uyğunsuzluq sindiromunun” yaranmasına səbəb cəmiyyətimizdə bəzi insanların bizimlə rəftarıdır. Bu isə qəbul edilməzdir.

 Mən cəmiyyətimizi hemofiliya ilə mübarizəyə, bərabər imkanlı vətəndaş olaraq fəaliyyətimizə və yaşam tərzimizə dəstək olmağa çağırıram. Hemofiliya, həm də çox bahalı müalicələr tələb edən xəstəlikdir. Hər zaman diqqət və qayğıya ehtiyac tələb edir.

Z.HÜSEYNOVA




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

Səhiyyə