USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Koronavirusa qarşı "Aviqan" - yaponlar çarə tapdılar


https://img.baki-baku.az/news/2020/09/photo_1041.jpg

Yaponiyada qripə qarşı “Aviqan” dərmanının istehsalçısı olan şirkət kliniki sınaqlardan sonra, bu dərmanın COVID-19-a yoluxmuş xəstələrin müalicəsi zamanı da səmərəli olduğunu bəyan edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin dərman “Fujifilm Holdings” korporasiyasına daxil olan “Fujifilm Toyama Chemical” şirkəti tərəfindən hazırlanıb.

Korporasiyadan bildiriblər ki,COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün hökumətə müraciət etməzdən əvvəl, bu virusa yoluxmuş 20 yaşdan 74 yaşadək 156 nəfər üzərində müşahidələr aparılıb. Sınaqlar zamanı həmin dərmanın təhlükəli olması ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.

Bildirilir ki, əvvəllər “Aviqan” dərmanının yarada biləcəyi narahatlıqlar arasında onun böyrəklərin və ciyərin fəaliyyətinə yan təsiri qeyd edilirdi.

Hazırda dərmanı hazırlayan şirkət oktyabrın əvvəllərindən başlayaraq, onun COVID-19-un müalicəsində istifadə olunması üçün hökumətə müraciət etməyi planlaşdırır.




Redaktorun seçimi

“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?

Səhiyyə