USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tacikistan qida təhlükəsizliyi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənir


https://img.baki-baku.az/news/2023/12/photo_10238.jpg

Tacikistan Respublikası hökuməti yanında Ərzaq Təhlükəsizliyi Komitəsinin sədr müavini Rano Karimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəliyinin təmsilçiləri Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyində (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

Məqsəd Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki qabaqcıl təcrübəsini öyrənmək, qazanılan təcrübəni Tacikistanda tətbiq etmək və qida təhlükəsizliyi sistemlərinə keçidin təkmilləşdirilməsi haqqında məlumat əldə etməkdən ibarətdir.

AQTA-da keçirilən görüş zamanı Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva qurumun fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda nümayəndə heyəti “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər barədə məlumatlandırılıb. Bu tələblərin Tacikistanın müvafiq qurumuna təqdim edildiyi bildirilib. Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Daha sonra AQTİ-də təşkil edilən görüşdə qonaqlar İnstitutun fəaliyyət istiqamətləri barədə, həmçinin ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə məlumat verilib.

Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib. Onlar laborator sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Tacikistan Respublikası Hökuməti yanında Ərzaq Təhlükəsizliyi Komitəsinin sədr müavini Rano Karimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti FAO-nun “Qida sistemlərinə keçid: insanlar, planet və ümumi tərəqqi üçün qida sistemlərinin təşviqi” layihəsi çərçivəsində ölkəmizə səfər edib.

P.ƏMİRCANOV




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səhiyyə