USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Litva mətbuatı Ermənistan baş nazirinin çaşbaşlığından yazıb

Nikol Paşinyan: Rusiya Cənubi Qafqazdan gedir


https://img.baki-baku.az/news/2023/09/photo_8390.jpg

İşğalçı ölkənin baş nazirinin özünü apara bilməməsi, müxtəlif beynəlxalq tədbirlərdə gülüş ünvanına  çevrilməsi, xüsusən, hərdəmxəyallığı – dediyi heç bir sözün üstündə dura bilməməsi təkcə öz ölkəsində və ya Cənubi Qafqazda deyil, ümumiyyətlə, postsovet məkanında tez-tez yada düşür. Onun xarakteri böyük bir məkanda  “siyasətçi karikaturası” kimi gündəlikdə qalır. Bu yaxınlarda onun İtaliyanın “La  Repubblica” qəzetinə verdiyi müsahibə də çoxsaylı replika və ironiyalara mövzu oldu. 

Litvanın “Delfi.lt” xəbər portalı da Nikol Paşinyanın həmin müsahibəsinə özünəməxsus münasibət bildirib. Belə ki, müəllif Rusiyanın bütün sərhədləri boyunca  yeni torpaqlar ələ keçirmək üçün variantlar axtardığı bir zamanda Cənubi Qafqazdan gedəcəyinə inanmaq istəməsə də, məhz “Paşinyanın xətrinə” bu yazını qələmə alıb.  

Ermənistan baş naziri deyib: “Rusiya sülhməramlıları Dağlıq Qarabağ əhalisinin  təhlükəsizliyinin  təmin edilməsi üçün heç bir fəaliyyət göstərmədiyinə görə Rusiya dövləti artıq Cənubi Qafqazdan gedir!? Rusiyalı tərəfdaşlarımız Qərb ölkələrini ittiham edirlər ki, guya onlar Ermənistanda  rusların  sıxışdırılmasını tələb edirlər.  Əksinə, biz görürük ki, Rusiya özü bu regiondan getmək istəyir.  Bəs nə üçün  bu, baş verir? Biz bilmirik. Biz bu faktları müşahidə edirik, ancaq mən əsas səbəbi göstərən hansısa faktı təsdiq  edə bilmərəm”. 

Paşinyan əlavə edir: “Cənubi Qafqazda gedən proseslər  belə deməyə əsas verir ki, biz bir gün oyanıb görəcəyik ki, Rusiya regionda yoxdur. Bu proseslərə Rusiya sülhməramlılarının Laçın yolu bağlananda heç nə edə bilməməsi də daxildir. Onlar Qarabağ ermənilərinin hüquqlarını qoruya bilmədilər. Nə üçün? İki səbəb ola bilər. Ya Rusiya sülhməramlıları bunu bacarmadılar, ya da bunu etmək istəmədilər. Hər iki variant bizim üçün problem yaratdı”. 

Ermənistanın dövlət təhlükəsizliyinin  Rusiyadan asılı olmasına gəlincə isə baş nazir xatırladıb ki, bizim bu sahədə tam olaraq Moskvadan asılı olmağımız strateji səhvdir: “Ermənistanın təhlükəsizlik arxitekturası 99, 999 faiz Rusiyaya bağlıdır. Elə silah və sursat əldə etməyimizdə də eyni vəziyyətdir. Bu gün – Rusiyanın özünün silah-sursata ehtiyacı olduğu zaman isə vəziyyət başqadır. Hətta, Rusiya Federasiyası istəsə belə, Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Ermənistan öz təhlükəsizliyini konkret olaraq bir ünvana etibar etmək kimi strateji səhvin acı nəticələrini “daddıqdan sonra” biz güvənc yerimizi şaxələndirmək barədə düşünməyə başlamışıq.” 

İndi necə başa düşək? Əvvəl deyir ki, Rusiya özü getmək istəyir, sonra da öz dediyini inkar edir ki, biz təhlükəsizliyimizi bir neçə mərkəzə etibar etmək istəyirik. 

Hətta, “hərdəmxəyal” deyimi də bu adamın fərdi keyfiyyətlərini tam ifadə etmir. 

İ.QAÇAYEV




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Xarici siyasət