USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Peskov: “Ermənistanın timsalında müttəfiqimizi itirməkdən qorxmuruq”


https://img.baki-baku.az/news/2023/09/photo_8168.jpg

"Biz Ermənistanın timsalında müttəfiqimizi itirməkdən qorxmuruq. Ermənistanla çox yaxın müttəfiq və tərəfdaş olmuşuq və əminəm ki, bundan sonra da olacağıq. Bizim müəyyən problemlərimiz ola bilər və onları dialoq yolu ilə həll etmək lazımdır". Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra vəziyyət dəyişib: “Əgər söhbət Ermənistanın ərazisindən gedirsə, bilirsiniz ki, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra orada vəziyyət bir qədər dəyişdi, bunu da nəzərə almaq lazımdır. Bu, İrəvanın qərarı idi”.

D.Peskov Ermənistanın KTMT-dən çıxması ehtimalını belə şərh edib: “Bu mövzuda çox müzakirələr aparılıb. O cümlədən Ermənistanda olan qərbyönlü analitiklər bunu dəfələrlə vurğulayıblar. Amma bu barədə heç bir rəsmi siqnal almamışıq”.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Xarici siyasət