USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın Livandakı səfirliyinə erməniəsilli şəxslər hücum edib, xəsarət alan yoxdur


https://img.baki-baku.az/news/2023/08/photo_7913.jpg

Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.




Redaktorun seçimi

Rusiya XİN-in “centlmensayağı bəyanatı”
  • Daxili siyasət
  • 09:50 27.09.2023
Rusiya XİN-in “centlmensayağı bəyanatı”
Qranada sülhə evsahibliyinə iddialıdır
  • Daxili siyasət
  • 09:40 27.09.2023
Qranada sülhə evsahibliyinə iddialıdır
Bir ölərik, min dirilərik...
  • Daxili siyasət
  • 09:33 27.09.2023
Bir ölərik, min dirilərik...
Hayastanın yol xəritəsi Bakıda çəkilir
  • Siyasi təhlil
  • 11:49 26.09.2023
Hayastanın yol xəritəsi Bakıda çəkilir

Xarici siyasət