USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Azərbaycan-Qazaxıstan xalqları hər ikisi türkdilli toplumdur, qardaş xalqlardır”


https://img.baki-baku.az/news/2023/04/photo_7329.jpg

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, keçirilən danışıqlar, imzalanan sənədlər onu göstərdi ki, hər iki dövlət bir-biri ilə yaxınlaşmağı strateji hədəflər sırasında görür. Dövlət başçımızın Prezident Kasım-Jomart Tokayevlə mətbuata bəyanatları iki ölkənin regional və beynəlxalq problemlərə ortaq yanaşdığını, münasibətlərin açıq və hərtərəfli xarakter daşıdığını sübut etdi. 

Bu fikirləri  “Xalq qəzeti” nə açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib. Deputat bildirib ki,  səfər qarşılıqlı münasibətlərin, dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xidmət edən sənədlərin imzalanması ilə tarixə keçdi.

Səfərin ən mühüm nəticələrindən biri də Ali Dövlətlərarası Şuranın təsis edilməsi oldu. Bununla,Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə - Orta Dəhlizə üçüncü ölkələri cəlb etmək barədə ümumi razılığa gəlindi. Bu anlaşma iki ölkə arasında yüklərin çatdırılmasında sabitliyi və operativliyi təmin etməyə imkan verəcək.

Azərbaycan-Qazaxıstan xalqları hər ikisi türkdilli toplumdur, qardaş xalqlardır. Son illərdə axın dost və qardaşlığa çevrilmiş münasibətləri hər iki ölkə üçün daima strateji əhəmiyyət daşıyır.Hər iki toplumun gələcəyi olan gənclərin əməkdaşlığı, təhsil sahəsində əlaqələrin inkişafı üçün nazirliklərə konkret göstərişlər verildi və bu çox əhəmiyyətlidir. Xüsusilə qeyd edim ki, media sahəsində sazişin imzalanması informasiya siyasətində birgə addımlamağa perspektivlər açacaq. Azərbaycanda Qazaxıstan, Qazaxıstanda isə Azərbaycan mədəniyyəti günlərinin təşkili, Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım tədbirlərinin keçirilməsi və digər toplantılar münasibətləri daha da möhkəmləndirəcək.
Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü göstərdi ki, Qazaxıstan qardaş Azərbaycanın Qarabağ regionunun dirçəldilməsi prosesinə töhfə verməkdə maraqlıdır. 

Ümumiyyətlə, son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərlərinin müntəzəm xarakter alması ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının güclənməsində və mədəni-humanitar və ictimai-siyasi əlaqələrin yükəsk zirvəyə çatmasına səbəb olmuşdur. 

Anar Əli




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Xarici siyasət