- Prezident
- 14:35 27.09.2023
Rusiya qazı Avropa ölkələrinə çatdırılır.
APA xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, G7 ölkələri Rusiya qazını rublla almayacaqlarını bəyan edib. Səfir əlavə edib ki, bu, Qərbin ABŞ-ın diktəsi ilə hərəkət etdiyinə nümunədir.
Diplomatın sözlərinə görə, Vaşinqton qorxur ki, dünya bazarında dolları məhz rubl sıxışdıracaq.
“SWIFT-in məlumatına görə, dolların 38,8 faiz azalması var”, - Boçarnikov vurğulayıb.