USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ötən il Azərbaycan və Rusiya siyasi əlaqələrinin dinamikası yüksək olub


https://img.baki-baku.az/news/2022/01/photo_6126.jpg

“Bizim iqtisadi sahədə aktiv əməkdaşlığımız var”.

APA-nın məlumatına görə, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Səfir ötən il siyasi əlaqələr dinamikasının yüksək olduğunu diqqətə çatdırıb: “Ötən il prezidentlər arasında aktiv təmas olub, Azərbaycan və Rusiya prezidentləri 4 dəfə görüşüblər. O cümlədən, parlament səviyyəsində də əməkdaşlıq yüksək olub, Parlament sədrinin Moskvaya səfəri, Rusiya Baş nazirinin müavinin Azərbaycana səfərləri olub. Müxtəlif aylarda Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşlər keçirib, telefon əlaqəsi saxlayıb”.

M.Boçarnikov ötən il 11 ay ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 2,9 milyard ABŞ dolları olduğunu və dekabr ayı ilə birgə bu rəqəmin 3 milyarda çata biləcəyini vurğulayıb.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Xarici siyasət