USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

XİN azad olunmuş ərazilərin adlarının təhrif edilməsi ilə bağlı “Google” şirkətinə müraciət edib


https://img.baki-baku.az/news/2021/12/photo_5931.jpg

“Nəzərinizə çatdırırıq ki, “Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in “Google maps” tətbiqində Azərbaycanın azad olunmuş ərazilərinin adları ilə bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.

"Eyni zamanda, xatırlatmaq istərdik ki, bu ilin may ayında tərəfimizdən BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilmişdir. Bu hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahını, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adını özündə ehtiva edir.

BMT-nin Coğrafi adların Standartlaşdırılması üzrə Konfransları çərçivəsində qəbul edilmiş qətnamələrə görə hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz.

“Google maps” platformasına gəldikdə onu da qeyd etmək istərdik ki, bu tətbiq istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağll fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir.

Hazırda məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”, - XİN rəsmisi vurğulayıb.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Xarici siyasət