USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb


https://img.baki-baku.az/news/2021/11/photo_5593.jpg

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, tərəflər, Türk Şurasının qarşıdan gələn Zirvə görüşü və yüksək səviyyəli tədbir öncəsində keçiriləcək toplantılara hazırlıq, bu çərçivədə qəbul olunacaq sənədlərlə bağlı fikir mübadiləsi aparıblar.

Baş katib Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüşə məmnunluqla istinad edib və təşkilatın cari sədri qismində dövlət başçısı tərəfindən verilən tapşırıqlarla bağlı qeydlərin götürüldüyünü bildirib.

Nazir Ceyhun Bayramov Türk Şurası ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb və sədrliyi dövründə görülən işlərin bunun bariz göstəricisi olduğunu qeyd edib. Bu müddət ərzində TŞ Katibliyinin fəaliyyəti məmnunluqla vurğulanıb.

Görüş zamanı, həmçinin təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Xarici siyasət