USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Afinada Vətən Müharibəsi şəhidlərinin anım mərasimi keçirilib - FOLOLENT


https://img.baki-baku.az/news/2021/09/photo_5190.jpg

Yunanıstanın paytaxtı Afinada 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram əlaməti olaraq anım tədbiri keçirilib. "Baki-Baku.az"ın Afinada olan xüsusi müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyində baş tutub. Mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Azərbaycanın Yunanıstan və Albaniyadakı səfiri Anar Hüseynov müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında qazanılmış tarixi qələbədən, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, döyüş meydanında şücaət göstərmiş qəhrəman şəhidlərimiz və qazilərimizdən, ordu quruculuğu istiqamətində aparılan ardıcıl işlərdən, siyasi və diplomatik fəaliyyətdən söz açıb. O qeyd edib ki, bu gün şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğulları tərbiyə etmiş valideynlər qarşısında baş əyirik. Hər birimiz zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq.

Qala Yunanıstan-Azərbaycan Dostluq cəmiyyətinin sədri Rəşid Məmmədov çıxışında bildirib ki, Ermənistan təcavüzünün aradan qaldırılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində böyük addımlar atılıb. Bunu nəticəsidir ki, Azərbaycan hərbçiləri döyüş meydanlarında qəhrəmanlıqlar göstəriblər. Silahlı Qüvvələrin qüdrətini artıran uğurlu ordu quruculuğu prosesinin nəticələri göz önündədir - torpaqlarımız işğaldan azad edilib. 

Azərbaycan diasporasının üzvü Jalə İsgəndərova çıxış edərək müharibə zamanı ermənilərin dinc Azərbaycan əhalisinə qarşı Bərdə, Tərtər, Goranboy, Gəncə şəhələrində törətdikləri terrordan, azad olunmuş ərazilərdə erməni vandalizmindən, minalanmış sahələrdən bəhs edib. O bildirib ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda yenidən həyatın bərpa edilməsində qətiyyət nümayiş etdirir.

Toplantıda çıxış edənlər Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsi və müharibədə əldə edilmiş zəfərin ibrətamiz tərəflərinə diqqət çəkiblər. Onlar həmçinin zəfəri xalqımıza yaşadan şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağına və onların əziz xatirələrinin daim ürəklərdə yaşayacağına əminliyini ifadə ediblər.

Daha sonra 44 günlük Vətən müharibəsinin tarixini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışlarını, Azərbaycan xalqının Vətən uğrunda birləşməsini və digər mühüm məqamları əks etdirən film nümayiş olunub.

Jalə Həsən,
Aİ üzrə xüsusi müxbir,
Afina




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Xarici siyasət