USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın xarici işlər naziri Türk Şurasının Baş katibi ilə görüşüb


https://img.baki-baku.az/news/2021/09/photo_4962.jpg

9 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən APA-yaverilən xəbərə görə, tərəflər Türk Şurasının gündəliyində duran geniş spektrli məsələlər, qarşıdan gələn tədbirlər, xüsusilə də cari ildə İstanbulda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələlərini ətraflı müzakirə ediblər.

Bakıda keçiriləcək Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumunun gündəliyi barədə məlumat verən baş katib, həmçinin TŞ-nin iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi sahəsində görülən tədbirlərdən danışıb. Bağdad Amreyev bütün iştirakçı dövlətlərdən şirkətlərin Azərbaycanın azad olunmuş ərazilərinin bərpası prosesində iştirakda maraqlı olduqlarını qeyd edib və çoxsaylı iş adamlarının Bakıda keçiriləcək Biznes Foruma qatıldıqlarını vurğulayıb.

Nazir Ceyhun Bayramov TŞ-nin Bakıda baş tutacaq iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumuna uğurlar arzulayıb. Azərbaycanın TŞ çərçivəsində əməkdaşlığa yüksək önəm verdiyi, təşkilatın fəaliyyətinin tərəfimizdən hər zaman dəstəkləndiyi vurğulanıb.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Xarici siyasət