USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib


https://img.baki-baku.az/news/2021/07/photo_4344.jpg

6-9 iyul 2021-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri A. A. Bilyalitdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, iclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, çöl demarkasiya işlərinin aparılması və təşkil edilməsi üçün lazımi olan sənədlər təsdiq edilib.

Sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya birdə demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək.

Demarkasiya işlərinin aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclası Rusiya Federasiyası ərazisində keçiriləcək. Onun keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Xarici siyasət