USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyə Prezidenti: “Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”


https://img.baki-baku.az/news/2021/06/photo_4079.jpg

“Bütün dünya bilsin ki, Azərbaycanın yanındayıq, bundan sonra da yanında yer alacağıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Əhməd Cavad azərbaycanlı gənclərlə Osmanlı ordusunda savaşıbsa, necə ki, Çanaqqalada azərbaycanlı qardaşlarımız da şəhadətə yüksəlibsə, Nuru Paşanın aslanları Azərbaycanın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq: “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir. Dəyərli qardaşlarımız Nuru Paşanın Qafqaza gəldiyi dönəmdə ermənilər 12 mindən çox türkü qətl ediblər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq qiyam baş verib. Türk millətinə dil uzadanlar öncə Azərbaycana baxmalıdır. Həm də 100 il əvvələ deyil, 30 il bundan əvvəl Xocalıda, Qarabağda baş verənlərə baxmalıdır. Amma bunların gözləri var, görməz, qulaqları eşitməz. Qəlbləri onsuz da pas tutub. İndi gəlsinlər, Füzulini görsünlər. Buraların sağı-solu necə yandırılıb, dağıdılıb, görsünlər. Dünən yol boyu buraların vəziyyətini gördük”.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Xarici siyasət