USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb


https://img.baki-baku.az/news/2021/06/photo_4048.jpg

14 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir. Məlumata görə, tərəflər arasında üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Vendi Morton iyunun 12-də Azərbaycan tərəfindən Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməninin qarşı tərəfə təhvil verilməsi ilə bağlı məmnunluq ifadə edib. Dövlət naziri, tərəflər arasında gərginliyin aşağı salınması və etimad quruculuğunun artırılması baxımından bu addımı müsbət qiymətləndirib. V. Morton, həmçinin bu günlərdə mina partlayışından həyatlarını itirən Azərbaycanlı jurnalistlər və mülki şəxslə bağlı təəssüf bildirib və bu xüsusda başsağlığı ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı xətti ilə verdiyi dəstəyi və bu xüsusda ANAMA ilə həyata keçirilən əməkdaşlığı minnətdarlıqla qeyd edib.

Tərəflər, habelə bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə BP şirkəti arasında bu xüsusda imzalanmış anlaşma memorandumunu məmnunluqla qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Xarici siyasət