USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İsrail səfiri Zəngilanda


https://img.baki-baku.az/news/2021/06/photo_3953.jpg

İsrailin Azərbaycandakı səfiri Corc Dik işğaldan azad olunmuş Zəngilanda olub.

APA-nın xəbərinə görə, İsrail səfirliyi "Twitter" hesabında səfirin Zəngilandan olan videomüraciətini yayıb.

Səfir bildirib ki, hazırda bu torpaqlarda heç nə yoxdur, lakin bura azərbaycanlılar, israillilər və italiyalılar arasında beynəlxalq əməkdaşlıq yeri olacaq.

"İsraildə dediyimiz kimi heç bir şey olmadığı yerdə hər şey mümkündür. Mənim arxamda... Azərbaycan məhz burada İsrail şirkətinin süd təsərrüfatı quracağı ərazilərdə ilk olaraq ağıllı şəhər yaradacaq. Burada İsrail texnologiyasından istifadə edilərək süd istehsal olunan bir yer yaradılacaq. Sonra məhsullar yanındakı İtaliya fabrikinə veriləcək və İtaliya fabriki pendir və digər süd məhsulları istehsal edəcək", -deyə səfir bildirib.

İsrail diplomatının sözlərinə görə, bu əməkdaşlıq Zəngilanı canlandıracaq və bir zamanlar evlərindən köçkün düşmüş icmaları evlərinə qaytaracaq.

"Mən bu əməkdaşlıqdan çox qürur duyuram. Bu gün burada məhsul meneceri ilə, o cümlədən İsrail şirkətinin nümayəndələri ilə yanaşı, İtaliyan təmsilçisi ilə də görüşdük. Buradakı perspektivlərdən həqiqətən həyəcanlıyıq. Hazırda burada heç bir şey yoxdur. Lakin gələn il bura Azərbaycan, İsrail və İtaliyan əməkdaşlığının mərkəzi olacaq", -deyə səfir Dik vurğulayıb.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Xarici siyasət