USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan-Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası - Rusiya komissiya yaradılmasını təklif edir


https://img.baki-baku.az/news/2021/05/photo_3814.jpg

Rusiya Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası məsələsinin müzakirəsində vasitəçi ola bilər.

APA-nın RİA Novosati agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Düşənbədə tacikistanlı həmkarı Sirociddin Muhriddinovla birgə mətbuat konfransında bildirib.

S. Lavrov qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri Ermənistanın xahişi ilə Azərbaycanla sərhəddə yaranmış vəziyyəti müzakirə ediblər.

“Biz dünən KTMT xarici işlər nazirlərinin qeyri-formal rejimdə işinə başlamışıq. Görüşün gedişində dünən axşam erməni həmkarlarımızın xahişinə baxılıb. Bu xahiş əsasında biz İrəvanla Bakı arasında münasibətlərə dair situasiyanı da müzakirə etdik”, - deyə o bildirib.

S. Lavrov qeyd edib ki, tərəflərlə ilkin razılaşmaya əsasən, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üçün yardımını təklif edib. Bu məqsədlə Moskva Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib, Rusiyanın komissiyanın işində vasitəçi və məsləhətçi qismində iştirak edə biləcəyini nəzərə çatdırıb.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Xarici siyasət