USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nazir: “İsrail istehsalı PUA-lar Qələbənin əldə olunmasında vacib rol oynadı”


https://img.baki-baku.az/news/2021/04/photo_3405.jpg

“Azərbaycan Vətən müharibəsi dövründə İsrail cəmiyyətinin səmimi dəstəyini gördü”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin “Israel Hayom” nəşrinə müsahibəsində deyib.

O, Ermənistanın müharibə zonasından uzaqda yerləşən Gəncə şəhərini bombalamasından sonra hadisə qurbanlarına İsrailin göstərdiyi humanitar yardımı yüksək qiymətləndirdiklərini bildirib. C. Bayramov xatırladıb ki, Azərbaycan əsilli israillilər Ermənistanın təcavüzünə etirazlarını nümayiş etdirmək və Azərbaycanla həmrəy olduqlarını ifadə etmək üçün mitinqlər keçiriblər.

Nazirin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və yüksək dəqiqliyə malik silahlardan, o cümlədən İsrail istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından (PUA) məharətlə istifadə edilməsi Qələbənin əldə olunmasında vacib rol oynayıb.

“Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da güclənəcək və dərinləşəcək”, - deyə XİN başçısı vurğulayıb.

C. Bayramov qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra postmüharibə dövrünə qədəm qoyub: “İndi əsas prioritetlərimiz azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin torpaqlarına geri qayıtmasıdır. Reabilitasiya prosesində dost ölkələrin və tərəfdaşlarımızın iştirakını alqışlayırıq. Əlbəttə ki, İsrail şirkətləri də bu prosesə qoşula bilər. İş yükü çox böyükdür. Bura minaların təmizlənməsi, infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd”lərin salınması daxildir, ancaq işlər tək bununla da məhdudlaşmır”.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Xarici siyasət