USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ceyhun Bayramov Azərbaycan-İsrail tərəfdaşlığından danışdı - güclü və çoxşaxəlidir


https://img.baki-baku.az/news/2021/04/photo_3403.jpg

“Azərbaycan-İsrail tərəfdaşlığı güclü və çoxşaxəlidir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin “Israel Hayom” nəşrinə müsahibəsində deyib.

Azərbaycan və İsrail arasında mövcud münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən nazir bildirib ki, əməkdaşlığı daha da gücləndirmək üçün 10-dan çox müqavilə imzalanıb, daha 20 müxtəlif sənədlərin layihələri nəzərdən keçirilir: “Bu sənədlər əlaqələrimizin inkişafı baxımından vacibdir”.

XİN başçısı qeyd edib ki, Azərbaycan və İsrail liderlərinin şəxsi münasibətləri dövlətlərarası tərəfdaşlığın inkişafında mühüm rol oynayır: “Baş nazir Binyamin Netanyahu Azərbaycana sonuncu dəfə 2016-cı ildə səfər edib. Bu səfər çox məhsuldar olub, mühüm sənədlər imzalanıb”.

C. Bayramov imzalanan sənədlər arasında ortaq iqtisadi komissiyanın yaradılması barədə razılaşmanın da olduğunu xatırladıb.

Azərbaycan beynəlxalq multikulturalizmin mərkəzlərindən biri kimi tanındığını vurğulayan xarici işlər nazirinin sözlərinə görə, əsrlərdir azərbaycanlılar və yəhudilər sülh və dostluq şəraitində yaşayırlar: “Bu yaxşı ənənəni bu gün də davam etdirməkdən qürur duyuruq. Yəhudi icması cəmiyyətimizin çox aktiv bir hissəsidir. Azərbaycanda 7 sinaqoq var və onlardan 5-i Bakıda yerləşir. Yəhudi məktəblərimiz və mədəniyyət mərkəzlərimiz də var. Xalqlarımız arasında yaxın münasibətlər və insanlar arasında aktiv təmaslar ikitərəfli əlaqələrimizin vacib hissəsidir. Azərbaycandakı yəhudi icması və əsasən Azərbaycandan olan yəhudilərdən ibarət İsraildəki Azərbaycan diasporu əlaqələrimizin inkişafında çox fəal rol oynayır”.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Xarici siyasət