USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ərdoğan: “Ramazan bayramından sonra Şuşanı ziyarət etmək istəyirik”


https://img.baki-baku.az/news/2021/03/photo_3365.jpg

Azərbaycan Prezidenti İlham Əliyevi və azərbaycanlı qardaşlarımızı Dağlıq Qarabağda Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.

“44 günlük dastanvarı Zəfərdən sonra 30 illik işğal sona çatdı, Dağlıq Qarabağ Ana Vətənlə təkrar qucaqlaşdı. Təbii asan deyil. Hər şeydən öncə Dağlıq Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, kilsələr də tar-mar edilib”, - deyə Ərdoğan vurğulayıb.

“Azərbaycanın bölgəni inkişaf etdirməsi üçün məcburi köçkünlərin torpaqlarına qayıtması böyük əhəmiyyət kəsb edir”, - deyən Ərdoğan qeyd edib ki, Ramazan bayramından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşanı ziyarət etməyi arzulayır: “Ramazan bayramından sonra Şuşanı ziyarət etməklə, Şuşada yeni bir bayram yaşamağı istəyirik”.

“Bu gün 1918-ci ildə azərbaycanlıların soyqırıma məruz qaldıqları gündür. Biz heç bir zaman Xocalı qətliamını unutmadıq, bir müddət əvvəl Xocalı faciəsini təkrar andıq. Qətl edilən on minlərlə soydaşımızı rəhmətlə anıram”, - deyən prezident Ərdoğan bildirib: “Qarabağda türk mirasının qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağımız vacibdir. Hamımız birlikdə Azərbaycanın yanında olmağı davam etdirməliyik”.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Xarici siyasət