USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Anar Kərimov Mövlud Çavuşoğlu ilə görüşüb


https://img.baki-baku.az/news/2021/03/photo_3064.jpg

Martın 2-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşü keçirilib. 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. 

Ölkələrimizin həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib. 

Görüş zamanı Türkiyə ilə Azərbaycan birliyinin təcəssümü olan tarixi Zəfərdən, 44 günlük Vətən müharibəsində qardaş ölkənin göstərdiyi böyük dəstəkdən söz açılıb.

Görüşdə ikitərəfli münasibətlər, mədəniyyət sahəsində inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki fevralın 28-dən mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Xarici siyasət