USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ceyhun Bayramov Ankarada Türk Şurasının Baş katibi ilə görüşüb


https://img.baki-baku.az/news/2021/02/photo_2981.jpg

Ankarada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb.

APA-nın Türk Şurasına istinadən verdiyi xəbərə görə, görüşdə Baş katib və xarici işlər naziri təşkilatın hazırkı iş proqramına daxil olan müxtəlif məsələlər, beynəlxalq və regional gündəlikdəki prioritet məsələlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər 2021-ci il martın sonunda keçirilməsi planlaşdırılan Türk Şurası Zirvə görüşünə hazırlıq işləri və bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan müntəzəm zirvə də daxil olmaqla yaxın gələcəkdə reallaşacaq mühüm tədbirləri müzakirə ediblər.

Türk Şurasına üzv ölkələr arasında gələcək əməkdaşlıq strategiyası barədə fikir mübadiləsi aparan tərəflər təşkilata üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə səylərin və qarşılıqlı dəstəyin artırılması təşəbbüslərinin davam etdirilməsi barədə razılığa gəliblər.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Xarici siyasət