USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

TBMM sədrinin Əli Əsədovla görüşü: Ermənistandan gözlənti, Qarsdan dəmir yolu xətti, Azərbaycandan məmnunluq


https://img.baki-baku.az/news/2021/02/photo_2930.jpg?v=MjAyMS0wMi0xOSAxMToxODozMA==

“Ermənistanın bu dəfə doğru addım ataraq sülh tərəfdarı olacağını gözləyirik. Xoş niyyətlə və səmimi davrandığı təqdirdə Ermənistanın atacağı müsbət addımlara eyni yanaşma ilə qarşılıq verəcəyimizə heç kim şübhə etməməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

O bildirib ki, 30 illik işğalın nəticələrinin aradan qaldırılmasında Türkiyə Azərbaycanla bir və bərabər olacaq.

M. Şentopun sözlərinə görə, iki ölkənin parlamentləri arasında əlaqələr mükəmməl səviyyədədir.

Türkiyə parlamentinin sədri ötən il 18-20 oktyabr tarixlərində nümayəndə heyəti ilə Azərbaycanı ziyarət etdiyini də xatırladıb.

“Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunda təmsil olunan 87 millət vəkili ABŞ Senatının 54 üzvünün Türkiyə və Azərbaycan əleyhinə müraciətinə sərt şəkildə reaksiya verib bəyanat yaydı”, - deyən Şəntop bildirib ki, bəyanatda 30 ildən artıqdır Azərbaycan torpaqlarının 20 faizini işğal edən, başda Xocalı olmaqla bir çox şəhərdə günahsız uşaq və qadınları qətlə yetirən təcavüzkar Ermənistanı qınamaq əvəzinə öz ərazi bütövlüyünü qoruyan Azərbaycanı və beynəlxalq hüquqa görə onun yanında duran Türkiyənin tənqid edilməsinin təəccüblə qarşılandığı əks olunub.

“Məsələ ilə bağlı Milli Məclisin Sədri xanım Sahibə Qafarova ilə telefon danışığımız olub. 14 fevral 2021-ci il tarixində Milli Məclisin Senatın bəzi üzvlərinin ABŞ Prezidentinə ünvanladığı məktubla bağlı bəyanatını böyük məmnuniyyətlə qarşıladıq”, - deyə o vurğulayıb.

M. Şentopun sözlərinə görə, gələn həftə TBMM və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar rəsm sərgisi keçiriləcək.

TBMM sədri Naxçıvan dəhlizinin əhəmiyyətinə də toxunub. Türkiyə parlamentinin sədri qeyd edib ki, Qarsdan çəkiləcək dəmir yolu xətti də Naxçıvanın strateji əhəmiyyətini artıracaq.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Xarici siyasət