USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezidentin köməkçisindən Ermənistanın gələcək inkişafına aparacaq mühüm mesajlar


https://img.baki-baku.az/news/2021/01/photo_2619.jpg

“Hərbi-texniki sahədə əməkdaşlığımızın bilavasitə uğurlarını biz Zəfər savaşında gördük”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, diaspor, elm və digər sahələrdə də əməkdaşlığımızı inkişaf etdirməliyik, bunun üçün zəmin də var: “Qarşıdan gələn dövrlərdə və proseslərdə əlaqələri daha da inkişaf etdirməliyik. Bu əməkdaşlıq regional sülh və təhlükəsizliyi gücləndirir. Bu əməkdaşlıq heç kimə qarşı deyil. Bizim üçtərəfli formada apardığımız əməkdaşlığımız göstərir ki, bu əməkdaşlıqdan hər kəs qazana bilər. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə- İran, Azərbaycan-Türkiyə-Pakistan. Deməli, Ermənistan da Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər”.

“Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə, eləcə də hələ də kövrək olan sülhün qorunmasında aktiv iştirak etməlidir”, - deyən Hikmət Hacıyev bildirib ki, regionda sülhün, barışın davamlılığını təmin edəcək sistem qurulmalıdır: “Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində çox sıx əməkdaşlığını görmüşük. Bu gün biz qürur duyuruq ki, qardaş Türkiyədən Volkan bəy (Volkan Bozkır - red.) BMT-də vəzifədədir. İlham Əliyev Türk Şurasının Baş katibini qəbul edərkən bildirdi ki, biz artıq bunun təşkilat olaraq inkişafına nail olmalıyıq”. 

“Azərbaycan və Türkiyə arasında əlaqələri TAP, TANAP, Bakı-Tblisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tblisi-Ərzurum layihələri çərçivəsində daha da inkişaf etdirmək potensialımız var”, - deyən Prezidentin köməkçisi əlavə edib ki,  Azərbaycan-Türkiyə birliyi Gürcüstanın da inkişafına səbəb olub: “Ermənistan da Azərbaycan və Türkiyə işbirliyindən yararlana bilər. Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə olunacaq. Burada Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bu isə nəticədə bölgədə uzunmüddətli sülhü gücləndirən amil olacaq”.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Xarici siyasət