USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İşğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri - İngilis şirkətləri maraqlıdır, Fransa maneə görmür


https://img.baki-baku.az/news/2021/01/photo_2607.jpg?v=MjAyMS0wMS0yNyAxMjo0ODowNw==

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpı qəbul edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq imkanları, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşıl enerji zonalarının yaradılması istiqamətində müzakirələr aparılıb.

Məlumata görə, nazir Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyini vurğulayaraq, BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, bərpa olunan enerjidən istifadənin inkişafı da daxil olmaqla energetika sektorunun qarşısında duran çağırışlara uyğun birgə səyləri yüksək qiymətləndirib. İşğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərdə bərpa olunan enerjidən istifadə üzrə mövcud olan yüksək potensial haqqında məlumat verib.

Səfir işğaldan azad olunmuş ərazilərdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində, həmçinin ümumilikdə Azərbaycanda bərpa olunan enerjidən istifadənin inkişafında Britaniya şirkətlərinin iştirakda maraqlı olduğunu bildirib. 

Görüşdə, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının protokolunun icrasının gedişi, növbəti iclasın keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

“Düşünürəm ki, Fransa şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə töhfə verməsi üçün heç bir maneə yoxdur”.APA-nın xəbərinə görə, bunu Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.

O bildirib ki, suyun təmizlənməsi, elektrik sahələri üzrə Fransanın tanınmış və çox təcrübəli şirkətləri var.

Dövlət katibi qeyd edib ki, Azərbaycanda nazirlərlə görüşündə gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr aparılıb: “Mədəniyyət naziri ilə görüşümüzdə 30 illik diplomatik münasibətlərimizlə bağlı Bakıda sərginin təşkil olunmasını müzakirə etdik. Bu sərgidə müəyyən əsərlərin nümayişi,  İpək Yolu İnstitutunda da Azərbaycanla bağlı sərginin keçirilməsi məsələsi müzakirə olundu”.



Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Xarici siyasət