USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dövlət katibi: “Fransa və Azərbaycan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edəcək”


https://img.baki-baku.az/news/2021/01/photo_2606.jpg?v=MjAyMS0wMS0yNyAxMjozODoyMA==

“Düşünürəm ki, Fransa və Azərbaycan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edəcək. Təbii ki, biz bu dialoqu saxlayacağıq. İki ölkə arasında bu dialoq davam etməlidir”.

APA-nın xəbərinə görə, bunu Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.

Azərbaycan və Fransa prezidentləri arasında mütəmadi telefon danışıqlarının baş tutduğunu xatırladan dövlət katibi bildirib ki, son telefon danışığı yanvar ayında olub.

“Bütün bunlar əlaqələrin möhkəmlənməsinə təkan verəcək. Bu istiqamətdə mənim ilk səfərim idi. Bundan sonra da belə səfərlər davam edəcək. Fransa hökuməti də bu müddət ərzində, müharibə dönəmində müəyyən mürəkkəb vəziyyətdə olub. Lakin hər dəfə Fransa hökuməti beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib”, - deyə dövlət katibi vurğulayıb.

Azərbaycana ilk səfərinin 3 il öncə baş tutduğunu vurğulayan dövlət katibi o zaman Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının açılışında iştirak etdiyini xatırladıb: “Bu vacib tədbir idi, bizim UFAZ müəllimləri və tələbələri ilə görüşlərim olmuşdu. Bu gün UFAZ-ın 600-ə qədər tələbəsi var. Azərbaycanda fransız liseyi fəaliyyət göstərir. Bütün bunlar iki ölkə arasında səmərəli əməkdaşlığın nəticəsidir. Bu onu göstərir ki, həm ölkə prezidenti, həm də birinci xanım tərəfindən bu işlərə böyük diqqət var. Bu il simvolik bir ildir. Çünki Azərbaycanın müstəqilliyinin elan edilməsindən 30 il ötür. Bu, önəmli bir məqamdır”.

“Biz artıq mürəkkəb mərhələdən keçmişik, artıq sülh dövrünün başlaması, barışığın əldə olunması istiqamətində çalışmaq lazımdır”, - deyən Jan-Batist Lömuan ölkəsinin ATƏT-in Minsk Qrupundakı mövqeyindən də söz açıb.

“Bizim tariximizdə uzun illər müharibələr olub, xüsusilə də Almaniya ilə. Lakin bütün bu problemlərin öhdəsindən gələ bildik. Böyük siyasi xadimlərin vasitəsilə Avropa İttifaqı kimi bir qurum yaradıldı. Bütün bu addımlar bizim regionda sülhün, barışığın əsasını qoydu. Təbii ki, bütün bunlar barədə biz cənab prezidentlə də danışdıq, əməkdaşlığın əhəmiyyətini vurğuladıq. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi növbəti mərhələdəki fəaliyyətlərə öz töhfəsini verəcək. 10 noyabr tarixli bəyanatın şərtlərinin həyata keçirilməsi, yeni inkişaf perspektivlərinin işlənib hazırlanması istiqamətində Fransa öz töhfəsini verəcək. Gələcək planların reallaşdırılması, regionda milli irsin qorunması, humanitar məsələlər istiqamətində işləyəcəyik. Gördüyünüz kimi fəaliyyət istiqamətləri çox genişdir”, - dövlət katibi qeyd edib.

 

Dövlət katibi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, eyni zamanda, maliyyə naziri, xarici işlər naziri, mədəniyyət naziri və təhsil naziri ilə səmərəli görüşlər keçirib.

Jan-Batist Lömuan qeyd edib ki, bu gün Fransanın “Alston” şirkətinin deposu olub: “Bu şirkət dəmir yolları sahəsində tanınmış şirkətdir. Deponun maliyyələşdirilməsi Fransanın Maliyyə Agentliyi tərəfindən həyata keçirilib, həmçinin, Türkiyənin bir şirkəti də bu layihənin maliyyələşdirilməsində iştirak edib. Çox səmərəli işlər həyata keçirilib. Qeyd edim ki dəmir yolları vacib sahədir. Xüsusilə də müharibədən sonra Cənubi Qafqaz regionu üçün dəmir yollarının önəmi artır. Vurğulamaq istəyirəm ki, Fransa və Azərbaycan bu istiqamətdə əl-ələ verib fəaliyyət göstərmək istəyir”.

Jan-Batist Lömuan bildirib ki, Fransa müharibə dövründə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı daima mövqeyini ifadə edib. O, özü şəxsən bu barədə Senatda çıxış etdiyini vurğulayıb.

“Təbii ki, müəyyən anlaşılmazlıqlar baş verib. Lakin iki dost dövlətin bunu öz aralarında danışması, həll etməsi önəmlidir. Hər iki prezidentin şəxsində biz bunu gördük. Biz gələcəyə baxmalıyıq. Əsas olan budur. Prezidentlər də telefon danışıqlarında bunu vurğulayıblar. Ümid edirəm ki, iki ölkə arasında qarşılıqlı səfərlər olacaq. Deyərdim ki, bu istiqamətdə ilk bünövrəni qoyanlardan biri mən olmuşam”, - deyə dövlət katibi vurğulayıb.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Xarici siyasət